Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək
Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.
QELEBE.AZ xəbər verir ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.
Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.
Məşqlər Bakıda təşkil olunacaq Böyük İpək Yolu beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Böyük İpək Yolu yarışı aprelin 2-7-də baş tutacaq.

https://qelebe.az//uploads/photo/bakida-boks-uzre-beynelxalq-telim-meshq-toplanishi-kechirilecek.webp