A Seriyası: “Roma” və “Milan” məğlub oldu
İtaliya A Seriyasında XXIX turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, "Roma" səfərdə "Komo" ilə üz-üzə gəlib.
3 qolun vurulduğu matçda qalib ev sahibləri olub. Qonaqlar rəqibinə 1:2 hesabı ilə uduzub.
Turun mərkəzi görüşündə isə "Latsio" azarkeşləri önündə "Milan"la qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib. Qustav İsaksenin 26-cı dəqiqədə vurduğu qolla ev sahibləri rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.

https://qelebe.az//uploads/photo/a-seriyasi-roma-ve-milan-meglub-oldu.webp