Azərbaycan cüdoçusu: "Parisə qızıl medal üçün gəlmişdim"

Azərbaycan cüdoçusu: "Parisə qızıl medal üçün gəlmişdim"

"Prinsipcə, nəticədən razıyam. Amma buraya qızıl medal üçün gəlmişdim".

Bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqə turnirində bürünc medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev deyib.

100 kq-da 3-cü yeri tutan idmançı döyüş günü özünü yaxşı hiss etdiyini bildirib: "Açığı, nəticənin daha yaxşı olacağını gözləyirdim. Lakin bürünc medalla kifayətləndim. Parisdəki Böyük Dəbilqədə ilk medalımı qazanmaq xoşdur. Bunadək Fransada iki dəfə mübarizə aparsam da, medalsız qalmışam. Ona görə də 3-cü yeri tutduğum üçün çox sevincliyəm".

Onun sözlərinə görə, 1/4 final görüşündəki səhv qızıl medal qazanmasına mane olub: "Əslində hər şeyə nəzarət edirdim. Rəqib də yorulmuşdu. Hər şey plan üzrə gedirdi. Amma görüşün sonunda fikrim yayındı və vaza-ari fəndinə düşdüm. Bundan sonra isə vəziyyəti dəyişmək mümkün olmadı. Cüdoda belə səhvləri bağışlamırlar. Gələn dəfə arxayınlaşmamağa çalışacağam".

Kotsoyev ilk qarşılaşmasının daha çətin alındığını söyləyib: "Startda fransalı idmançı ilə qarşılaşdım. Rəqib evdə çıxış etdiyindən görüşə aqressiv başladı. Doğma divarlar hər zaman idmançıya əlavə motivasiya verir. Bürünc medal görüşü də ağır keçdi. Əlavə vaxtda qələbə qazandım. Əsas bu iki qarşılaşmanı fərqləndirərdim. Həmçinin 1/4 finalda uduzduğum görüşü də bura əlavə edərdim. Fiziki cəhətdən yorulmamışdım. Sadəcə, taktiki səhvə yol verdim".

Cüdoçu qarşıda iştirak edəcəyi növbəti turnirin İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqə olacağını açıqlayıb: "Bu, daha prestijli turnirdir və orada əsas yığma iştirak edir. Turnir olimpiadaya lisenziya xarakteri daşıyır, daha çox reytinq xalları qazandırır. Sonrakı planları bilmirəm. Məşqçilər heyəti ilə danışacağam. Hara desələr, ora gedəcəyəm".

İdmançı özü ilə eyni çəki dərəcəsində mübarizə aparan Elmar Qasımovla rəqabətə də toxunub: "Qəribə sualdır. Hər halda özümü rəqabətə hazır hiss etməsəydim, bu işlə məşğul olmazdım. Elmarla yaxşı münasibətimiz var, o, əla oğlandır. Bizim işimiz sadəcə, məşq etməkdir. Kim layiqdirsə, olimpiadaya o gedəcək. Əsas odur ki, zədə olmasın".

Fərdi
Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Fərdi
Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb