“Araz-Naxçıvan” mövsümün son oyunlarını bu stadionda keçirəcək
“Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını bildirib.
QELEBE.AZ xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar olaraq klub Peşəkar Futbol Liqasına alternativ stadion kimi “SOCAR Polymer Arena”nı təqdim edib. Peşəkar Futbol Liqasının qərarına əsasən “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq “Turan Tovuz” ilə oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.

https://qelebe.az//uploads/photo/araz-naxchivan-movsumun-son-oyunlarini-bu-stadionda-kechirecek.webp