PSJ-də ciddi itki - MÖVSÜMÜ ERKƏN BAŞA VURA BİLƏR
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona”nı 4:2 hesabı ilə məğlub edən PSJ ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, Paris təmsilçisinin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya matç zamanı zədələnib.
Fransa mətbuatının məlumatına görə, cinah hücumçusunun ön çarpaz və medial kollateral bağlarının zədələnməsi səbəbindən 9 ay yaşıl meydanlardan uzaq qala biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/psj-de-ciddi-itki-movsumu-erken-basha-vura-biler.webp