“Yuventus” qolkiperi ilə müqavilə yeniləyib - RƏSMİ
İtaliya A Seriyası təmsilçisi "Yuventus" qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 35 yaşlı qolkiper 2027-ci ilin yayınadək Turin təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Karlo Pinsolyo "Yuventus"un yetirməsidir.

https://qelebe.az//uploads/photo/yuventus-qolkiperi-ile-muqavile-yenileyib-resmi.webp