Millimiz Tacikistana məğlub olub
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxıb.
QELEBE.AZ xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız turnirdə 6-cı yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə Rusiya (1:7), Özbəkistana (1:3) və Belarus (1:0) yığmaları ilə üz-üzə gəlib.

https://qelebe.az//uploads/photo/millimiz-tacikistana-meglub-olub.webp