AFFA rəsmisi "Qalatasaray" - "Yuventus" oyununda
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.

https://qelebe.az//uploads/photo/affa-resmisi-quotqalatasarayquot-quotyuventusquot-oyununda.webp