AFFA Bakı klubuna TEXNİKİ MƏĞLUBİYYƏT VERDİ
"Yeni Suraxanı" futzal komandasına texniki məğlubiyyət verilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna səbəb komandanın ölkə kubokunun 1/8 final mərhələsində Azərbaycanın U-19 komandası ilə görüşdə təyin olunan vaxtda meydanda olmamasıdır.
Qarşılaşma baş tutmadığı üçün "Yeni Suraxanı"ya 0:5 hesablı texniki məğlubiyyət verilib.

https://qelebe.az//uploads/photo/affa-baki-klubuna-texniki-meglubiyyet-verdi.webp