Türkiyə Kuboku: “Fənər” 3 xalı 3 qolla qazandı
Türkiyə Kubokunda III tura yekun vurulub.
Apasport.az xəbər verir ki, C qrupunda “Fənərbaxça” öz meydanında I Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik ediblər. Oyun "sarı-lacivərdlilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul təmsilçisinin qollarını Marko Asensio və Anderson Taliska (2) vurub.

https://qelebe.az//uploads/photo/turkiye-kuboku-fener-3-xali-3-qolla-qazandi.webp