Duran Rusiya yolunda
"Fənərbaxça"nın hücumçusu Con Duran karyerasını Rusiya Premyer liqasında davam etdirəcək.
QELEBE.AZ xəbər verir ki, "Zenit" müqavilə ilə "Əl-Nəsr"ə məxsus olan kolumbiyalı forvardın keçidini həll edib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Sankt-Peterburq klubu 22 yaşlı futbolçunu 35 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, Con Duran mövsümün əvvəlindən "Fənərbaxça"da çıxış edir.

https://qelebe.az//uploads/photo/duran-rusiya-yolunda.webp