İtaliya polisindən iki kluba mövsümlük cəza
İtaliyanın Daxili İşlər Nazirliyi “Roma” və “Fiorentina” klubunu cəzalandırıb.
QELEBE.AZ xəbər verir ki, qurum yanvarın 18-də komandaların azarkeşlərinin Bolonya yaxınlığında bir-biri ilə mübahisə etməsi və ixtişaş yaratması səbəbindən klubların fanatlarına səfər oyununa getməklə bağlı qadağa qoyub.
İtaliya A Seriyası rəhbərliyi qərarı dəstəkləyib.
Çempionatda mövsümün sonuna kimi “Roma” və “Fiorentina” azarkeşləri səfər matçlarında komandalarını dəstəkləyə bilməyəcək.

https://qelebe.az//uploads/photo/italiya-polisinden-iki-kluba-movsumluk-ceza.webp