İlk dəfə 42 km-də keçiriləcək Bakı Marafonuna qeydiyyat başlayıb

İlk dəfə 42 km-də keçiriləcək Bakı Marafonuna qeydiyyat başlayıb

Bu gündən Bakı Marafonu 2026-ya qeydiyyat başlayıb.

APA xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən ənənəvi təşkil edilən marafonda əsas yenilik isə odur ki, yarış yarımarafon deyil, ilk dəfə 42 km məsafədə tam marafon olaraq və fərqli marşrutda keçiriləcək.

Bakı Marafonu mayın 3-də saat 10-da Dövlət Bayrağı Meydanından start götürəcək, finiş xətti isə Sea Breeze ərazisində olacaq.

Doqquzuncu Bakı Marafonunun marşrutu:

Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - 8 Noyabr prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - Böyük İpək Yolu küçəsi - Müzəffər Nərimanov küçəsi - Ziya Bünyadov prospekti - Böyükşor-Pirşağı yolu - Bilgəh-Pirşağı şosesi - Sea Breeze.

Marafonda iştirak etmək istəyən şəxslər aprelin 25-dək www.marathon.az saytı vasitəsilə, həmçinin 28 Mall, Dəniz Mall və Gənclık Mall ticarət mərkəzlərindəki məntəqələrdə ödənişli qaydada qeydiyyatdan keçə bilər. Tələbələr üçün isə qeydiyyat pulsuzdur.

“Azercell”in baş sponsorluğu ilə keçiriləcək Bakı Marafonu 2026-da kişi və qadın iştirakçılar ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Hər iki kateqoriyada qaliblər pul mükafatı və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Birinci yerin qalibinə 6.000 AZN, ikinci yerin sahibinə 4.000 AZN, üçüncü yerin sahibinə isə 2.000 AZN mükafat təqdim olunacaq. Digər nominasiyalar üzrə də mükafatlar nəzərdə tutulub.

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Digər növlər
"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Elşən Məmmədov Qusar Olimpiya İdman Kompleksinin direktoru təyin edilib

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

Digər növlər
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Digər növlər
Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı açıqlanıb

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib