Premyer Liqada dekabr ayının ən yaxşısı bəlli olub
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu bəlli olub.
QELEBE.AZ xəbər verir ki, bu mükafata “Lids Yunayted”in hücumçusu Dominik Kalvert-Lyuin layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü olan 28 yaşlı forvard dekabr ayında Premyer Liqada meydana çıxdığı 5 oyunda 6 qol vurub.
Qeyd edək ki, Dominik Kalvert-Lyuin mövsümün əvvəlində “Lids Yunayted”ə transfer olunub.

https://qelebe.az//uploads/photo/premyer-liqada-dekabr-ayinin-en-yaxshisi-belli-olub.webp