Yüksək Liqa: “Azərreyl” “Gənclər”i, “Abşeron” “Gəncə”ni məğlub edib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IX turu çərçivəsində növbəti oyunlar keçirilib.
QELEBE.AZ xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Azərreyl” “Gənclər”i 3:1 hesabı ilə məğlub edib.
“Abşeron” isə “Gəncə” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Hər iki matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

https://qelebe.az//uploads/photo/yuksek-liqa-azerreyl-gencleri-absheron-genceni-meglub-edib.webp