Şahin Diniyev: "Neftçi" yığdığı heyətə görə nəyəsə nail ola bilər

Şahin Diniyev: "Neftçi" yığdığı heyətə görə nəyəsə nail ola bilər

"Qış hazırlıq dövründə klublar çox transfer etmirlər. Artıq demək olar ki, bəzi klublar formalaşıblar. Geridə qalan klublar güclənmək üçün variantlar axtarır".

Bu sözləri apasport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasında cari mövsümün geridə qalan hissəsində komandaların həm oyun, həm də xal baxımından 4 qrupa bölündüyünü bildirib:

"Birinci və ikinci yerdə "Sabah" "Qarabağ"la birgə yarışır. Belə davam etsə, gərgin mübarizə bizləri gözləyir. Bu qrup çempionluq üçün mübarizə aparacaq. Digər qrup avrokuboklar üçün yarışacaq. Bura "Zirə", "Turan Tovuz", "Sumqayıt" daxildir. Üçüncü qrupda isə "Neftçi", "Şamaxı", "İmişli" kimi ortabab komandalardır. Onlar üçün çətin olacaq. Bəlkə aralarında "Neftçi" yığdığı heyətə, maliyyə dəyərlərinə görə nəyəsə nail ola bilər. Mənə elə gəlir ki, "İmişli" və "Şamaxı" nə yüksələ bilməyəcək, nə də Premyer Liqadan kənarda qalmayacaq. Amma futboldur, bilmək olmaz. 3 komanda isə elitada qalmaq üçün mübarizə aparacaq. "Qəbələ", "Karvan-Yevlax" və "Kəpəz".

Diniyev mövsümün qalan hissəsinin daha gərgin keçəcəyini vurğulayıb:

"Düşünürəm ki, ikinci yarıda bizi daha maraqlı oyunlar gözləyir. Həlledici mərhələ olduğuna görə, dediyimiz yerlər uğrunda gərgin mübarizə gedəcək".

Qeyd edək ki, turnir cədvəlinə əsasən “Sabah” 1-ci, “Qarabağ” 2-ci, “Zirə” 3-cü pillədə qərarlaşıb. İlk beşliyi “Turan Tovuz” (4-cü yer) və “Sumqayıt” (5-ci yer) tamamlayır. “Araz-Naxçıvan” 6-cı, “Şamaxı” 7-ci, “Neftçi” isə 8-ci sıradadır. Turnir cədvəlinin aşağı pillələrində “İmişli”, “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” yer alıb.

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq"

"Nant"ın baş məşqçisi: "Qarabağ" ölkədəki vəziyyətə görə daha istəkli oynayacaq"

Futbol
Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Futbol
İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

İspaniyada futbol çempionatı oktyabrın sonunda dayandırıla bilər

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb