Fransa Superkubokunun qalibi bəlli olub - TARİXİNDƏ 14-cü dəfə
Fransa Superkubokunun qalibi bəlli olub.
QELEBE.AZ xəbər verir ki, həlledici qarşılaşmada PSJ və “Marsel” üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Paris təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
Qeyd edək ki, PSJ tarixində 14-cü dəfə Fransa Superkubokunu qazanıb.

https://qelebe.az//uploads/photo/fransa-superkubokunun-qalibi-belli-olub-tarixinde-14-cu-defe.webp