Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb

Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, "Qarabağ" "Azersun Arena"da "Şamaxı"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Hesabı 22-ci dəqiqədə "köhlən atlar"dan Musa Qurbanlı açıb. 46-cı dəqiqədə Qara Qarayev uzaq məsafədən qüvvətli zərbə ilə fərqi 2 topa çatdırıb. 63-cü dəqiqədə Leandro Andrade qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Bölgə təmsilçisi 80-ci dəqiqədə Bahadur Həziyevin qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Bu qələbədən sonra xallarını 56-ya çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. 16 xalı olan "Şamaxı" isə 7-ci sırada qalıb.

Günün son oyununda "Kəpəz" "Səbail"in qonağı olacaq.

Qeyd edək ki, açılış oyununda "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

14:50

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda üz-üzə gələcək "Qarabağ" və "Şamaxı"nın start heyətləri bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

“Qarabağ”: 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 2. Qara Qarayev (k) 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 9. Musa Qurbanlı 29. Marko Veşoviç 10. Abdullah Zubir 8. Marko Yankoviç 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 20. Riçard Almeyda 5. Maksim Medvedev 4. Rahil Məmmədov 27. Toral Bayramov 90. Nəriman Axundzadə 81. Kevin Medina 87. Adama Diakabi 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

“Şamaxı”: 1. Rəşad Əzizli (k) 90. Əli Səmədov 15. Emin Zamanov 16. Fuad Bayramov 5. Rəhman Daşdəmirov 2. Rauf Hüseynli 11. Kamran Quliyev 22. Elçin Mustafayev 83. Nihad Quliyev 18. Cəlal Hüseynov 79. Emil Qasımov

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Sahib Həsənov 9. Amil Yunanov 8. Kamal Mirzəyev 17. Elçin Rəhimli 27. İbrahim Aslanlı 70. Bahadur Həziyev 7. Asim Əlizadə 21. Qurban Səfərov 23. Rövşən Şahmuradov 80. Zahid Mərdanov 24. Edqar Adilxanov

Baş məşqçi: Vüqar Əsgərli

Qeyd edək ki, qarşılaşma bu gün saat 16:00-da başlayacaq.

Futbol
Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Sabah"ı, "Səbail" "Şamaxı"nı qəbul edəcək

Futbol
Qətər 12 il ərzində dünya çempionatına 300 milyard dollar xərcləyib

Qətər 12 il ərzində dünya çempionatına 300 milyard dollar xərcləyib

Futbol
İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

Futbol
Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Futbol
Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Futbol
"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

Futbol
İnfantino: “Mundialda komanda sayı artırılacaq”

İnfantino: “Mundialda komanda sayı artırılacaq”

Futbol
"Qarabağ"ın tarixinə düşən futbolçu klubunu dəyişə bilər

"Qarabağ"ın tarixinə düşən futbolçu klubunu dəyişə bilər

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı