Yüksək Liqa: “Murov Az Terminal" məğlub olub
Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan bir oyun keçirilib.
QELEBE.AZ xəbər verir ki, "Murov Az Terminal" öz meydanında "Abşeron"la üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada sevinən tərəf qonaqlar olub.
Oyun "Abşeron" komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

https://qelebe.az//uploads/photo/yuksek-liqa-murov-az-terminalquot-meglub-olub.webp