Mehmet Aurelio “Fənərbaxça”ya qayıtdı - MƏŞQÇİ KİMİ ÇALIŞACAQ
Mehmet Aurelio “Fənərbaxça”nın akademiyasında çalışacaq.
Apasport.az xəbər verir ki, Braziliya əsilli türkiyəli mütəxəssis İstanbul təmsilçisinin U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Mehmet Aurelio futbolçu karyerası ərzində 2003–2008-ci illərdə “Fənərbaxça”nın formasını geyinib.

https://qelebe.az//uploads/photo/mehmet-aurelio-fenerbaxchaya-qayitdi-meshqchi-kimi-chalishacaq.webp