WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı bugündən qüvvəyə minib.
QELEBE.AZ xəbər verir ki, siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
2026-cı il üçün açıqlanan qadağan edilmiş maddələrin siyahısı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Siyahı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

https://qelebe.az//uploads/photo/wada-nin-2026-ci-il-uchun-qadagan-edilmish-maddeler-siyahisi-quvveye-minib.webp