“Milan” qapıçısına yeni müqavilə təklif edib
“Milan” rəhbərliyi komandanın əsas qapıçısı Mayk Menyanı heyətdə saxlamaqda qərarlıdır.
Apasport.az “Football Italia”ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” fransalı qolkiperə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.
Yeni anlaşmaya əsasən, Menyanın illik maaşı təxminən 7 milyon avro olacaq. Hazırkı müqavilə isə gələn il başa çatacaq və klub bu riski aradan qaldırmaq istəyir.
30 yaşlı futbolçu 2025/26 mövsümündə “Milan”ın heyətində 18 oyunda meydana çıxıb, bunların 8-də qapısını toxunulmaz saxlayıb.

https://qelebe.az//uploads/photo/milan-qapichisina-yeni-muqavile-teklif-edib.webp