“Latsio”nun futbolçusu ərəblərin radarında
“Latsio”nun müdafiəçisi Nunu Tavareş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
QELEBE.AZ xəbər verir ki, “Əl-İttihad” portuqaliyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
A Seriyası klubu 25 yaşlı sol cinah müdafiəçisinin satışından 20–25 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, “Latsio” Nunu Tavareşi mövsümün əvvəlində “Arsenal”dan transfer edib.

https://qelebe.az//uploads/photo/latsionun-futbolchusu-ereblerin-radarinda.webp