Afrika Millətlər Kuboku: Fildişi Sahili Mozambiki, Kamerun Qabonu üstələyib

Afrika Millətlər Kuboku: Fildişi Sahili Mozambiki, Kamerun Qabonu üstələyib

Afrika Millətlər Kubokunda I turun oyunlarına yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, son gündə 4 qarşılaşma baş tutub.

Günün ilk matçında Burkina Faso və Ekvatorial Qvineya milli komandaları üz-üzə gəlib. Görüş Burkina Fasonun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əlcəzair yığması isə Sudan seçməsini 3:0 hesabı ilə məğlub edib.

F qrupunda keçirilən digər oyunlarda Fildişi Sahili Mozambiki, Kamerun isə Qabonu minimal hesabla üstələyib – 1:0, 1:0.