“Yunayted” “Aston Villa”ya məğlub oldu

“Yunayted” “Aston Villa”ya məğlub oldu

İngiltərə Premyer Liqasında XVII turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, günün ilk matçında "Mançester Yunayted" səfərdə "Aston Villa" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Aston Villa" hazırda 36 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Yunayted" isə 26 xalla 7-ci sıradadır.