İkardidən yeni rekord - HACİNİ GERİDƏ QOYDU
Türkiyə Super Liqasının XVII turu çərçivəsində “Qalatasaray” öz meydanında “Kasımpaşa” ilə qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, görüş “sarı-qırmızılılar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İstanbul təmsilçisinin heyətində sonuncu qolun müəllifi olan Mauro İkardi klub tarixində əlamətdar göstəriciyə imza atıb.
Belə ki, 32 yaşlı hücumçu Super Liqada vurduğu 60-cı qolla Corc Hacini geridə qoyaraq “Qalatasaray” tarixində daxili çempionatlarda ən çox qol vuran əcnəbi futbolçu adını qazanıb.
Qeyd edək ki, İkardi 2022-ci ildən “Qalatasaray”da çıxış edir.

https://qelebe.az//uploads/photo/ikardiden-yeni-rekord-hacini-geride-qoydu.webp