ABL: “Neftçi” “Şəki”yə qalib gəlib
Azərbaycan Basketbol Liqasında VII turdan təxirə salınmış matç keçirilib.
QELEBE.AZ xəbər verir ki, A qrupunun görüşündə "Neftçi" səfərdə "Şəki" ilə üz-üzə gəlib.
Oyun Şəki Olimpiya İdman Kompleksində baş tutub.
Görüş "ağ-qaralar"ın 84:67 hesablı qələbəsi ilə başa çatıb.

https://qelebe.az//uploads/photo/abl-neftchi-shekiye-qalib-gelib.webp