Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
Misli Premyer Liqasında çıxış edən klubların uşaq-gənclər sektoruna ayırdığı maliyyə vəsaitində artım qeydə alınıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Açıqlanan statistik göstəricilərə əsasən, 2023/2024 mövsümündə Premyer Liqa klubları bu sahəyə ümumilikdə 5 milyon 811 min 726 manat vəsait ayırıb. 2024/2025 mövsümündə isə bu rəqəm 6 milyon 622 min 262 manata yüksəlib.
Beləliklə, yeni mövsümdə uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaiti əvvəlki mövsümlə müqayisədə təxminən 810 min manat artıb.

https://qelebe.az//uploads/photo/premyer-liqa-klublarinin-ushaq-gencler-sektoruna-ayirdigi-vesait-artib.webp