Super Liqa: “Fənər” 3 xalı 4 qolla qazandı
Türkiyə Super Liqasında XVI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə bir qarşılaşma baş tutub.
“Fənərbaxça” doğma meydanında “Konyaspor”u qəbul edib. İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib – 4:0. “Sarı-lacivərdlilər”in qollarını Anderson Taliska (2), Mert Müldür və Marko Asensio vurublar.
Qeyd edək ki, bu qələbə sayəsində “Fənərbaxça” xallarının sayını 36-ya çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Konyaspor” isə 16 xalla 12-ci sırada qərarlaşıb.

https://qelebe.az//uploads/photo/super-liqa-fener-3-xali-4-qolla-qazandi.webp