“Real”ın müdafiəçisi zədələndi - 4 AY OYNAMAYACAQ
"Real Madrid"in heyətində ciddi itki baş verib.
QELEBE.AZ xəbər verir ki, komandanın müdafiəçisi Eder Militao sıradan çıxıb.
Braziliyalı futbolçu La Liqanın XVI turunun "Selta" ilə oyununda (0:2) zədələnib.
Sol ayaq əzələsində zədə aşkarlanan 27 yaşlı mərkəz müdafiəçisi 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/realin-mudafiechisi-zedelendi-4-ay-oynamayacaq.webp