AFFA və UFA arasında U20 dünya çempionatına hazırlıq müzakirə olunub
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan Futbol Assosiasiyasının (UFA) vitse-prezidenti Ravşan İrmatovla görüşüb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub.

https://qelebe.az//uploads/photo/affa-ve-ufa-arasinda-u20-dunya-chempionatina-hazirliq-muzakire-olunub.webp