UEFA-dan Con Durana cəza
UEFA Avropa Liqasının V turunda Macarıstanın "Ferensvaroş" komandası ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə alan “Fənərbaxça”nın futbolçusu Con Duranın cəzası açıqlanıb.
Apasport.az xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi kolumbiyalı hücumçunu 2 oyunluq diskvalifikasiya edib.
Duran Avropa Liqasında Norveçin “Brann” və İngiltərənin “Aston Villa” komandalarına qarşı təşkil olunacaq matçlarda oynaya bilməyəcək.

https://qelebe.az//uploads/photo/uefa-dan-con-durana-ceza.webp