"Qalatasaray" ispaniyalı hakimi UEFA-ya şikayət edib
“Qalatasaray” Çempionlar Liqasında “Union”la oynanan matçın hakimi Xose Sançez barədə UEFA-ya rəsmi şikayət verdiyini açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisinin yaydığı bəyanatda bildirilir: “Klubumuz Çempionlar Liqasında ‘Union’la oynadığımız oyunun hakimi Xose Sançezlə bağlı UEFA-ya şikayət təqdim edib”.
Məlumata əsasən, “Qalatasaray” rəhbərliyi hakimin görüş ərzində verdiyi qərarlarla bağlı hazırladığı ətraflı hesabatı UEFA İntizam Komitəsinə göndərib.
Qeyd edək ki, “Qalatasaray” – “Union” matçı qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

https://qelebe.az//uploads/photo/quotqalatasarayquot-ispaniyali-hakimi-uefa-ya-shikayet-edib.webp