Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxır
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.
QELEBE.AZ xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Mladost” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.

https://qelebe.az//uploads/photo/millimiz-avropa-chempionatinin-sechme-merhelesinde-novbeti-oyununa-chixir.webp