“Napoli” - “Qarabağ” matçı yarımçıq dayandırılıb - HAVA ŞƏRAİTİNƏ GÖRƏ

“Napoli” - “Qarabağ” matçı yarımçıq dayandırılıb - HAVA ŞƏRAİTİNƏ GÖRƏ

“Qarabağ” klubunun U-19 komandası ilə “Napoli” arasında UEFA Gənclər Liqasının əsas mərhələsi çərçivəsində keçirilən oyun əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılıb.

Apasport.az xəbər verir ki, İtaliyada baş tutan görüş 61-ci dəqiqədə güclü leysan yağışı səbəbilə yarıda saxlanılıb.

Hazırda matçın çexiyalı baş hakimi Dominik Stari yağışın səngiməsini gözləyir və qarşılaşmanın qaldığı yerdən davam etdirilməsi mümkündür.

Qeyd edək ki, oyun dayandırılan anda hesab “Napoli”nin xeyrinə 1:0 idi.