“Napoli” – “Qarabağ” oyununun hakimləri açıqlanıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Napoli” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Ona həmvətənliləri - Tomas Listkeviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vojçek Mits yerinə yetirəcək.
VAR-da hollandiyalı Pol van Boekel, AVAR-da xorvatiyalı İvan Bebek çalışacaq.
Xorvat hakim bu mövsüm "Qarabağ"ın "Atletik"ə məğlub olduğu (3:1) matçda VAR hakimi olub.
Qeyd edək ki, görüş 26 noyabr 2025-ci il saat 00:00-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/napoli-qarabag-oyununun-hakimleri-achiqlanib.webp