Azərbaycan millisi İslamiadanın qalibi oldu - ardıcıl üçüncü dəfə

Azərbaycan millisi İslamiadanın qalibi oldu - ardıcıl üçüncü dəfə

Azərbaycanın qadın 3x3 basketbol millisi VI İslam Həmrəyliyi Oyunlarında final matçına çıxıb.

QELEBE.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın həlledici görüşündə komandamız Türkiyə yığması ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunda millimiz rəqibini 21:13 hesabı ilə məğlub edərək turnirin qızıl medalına sahib olub.

Qeyd edək ki, yığmamız ardıcıl üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının çempionu olub