Millimizin Estoniya və Ukrayna ilə oyunlarının vaxtı açıqlanıb
Noyabrın 20-23-ü aralığında Latviyanın Dauqavpils şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək Azərbaycanın U-18 millisinin oyunlarının vaxtı açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, B qrupunda yer alan yığma noyabrın 20-də, Bakı vaxtı ilə saat 17:00-da Estoniya ilə üz-üzə gələcək.
Komanda noyabrın 21-də, eyni saatda Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.

https://qelebe.az//uploads/photo/millimizin-estoniya-ve-ukrayna-ile-oyunlarinin-vaxti-achiqlanib.webp