Millimiz Ukraynaya məğlub olub
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxıb.
Apasport.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə üz-üzə gəlib.
Qarşılaşma Latviyanın paytaxtı Riqada, Bakı vaxtı ilə saat 20:30-da start götürüb.
Yığmamız rəqibinə 34:98 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə uduzub.

https://qelebe.az//uploads/photo/millimiz-ukraynaya-meglub-olub.webp