Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
DÇ 2026-nın Afrika zonası üzrə pley-off mərhələsinin yarımfinal matçında Nigeriya Qabonla üz-üzə gəlib.
QELEBE.AZ xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Əlavə vaxtda ardıcıl qollarla fərqlənən Nigeriya 97-ci dəqiqədə Çidera Ejukenin, 102-ci və 110-cu dəqiqələrdə isə Viktor Osimhenin qolları ilə 4:1 hesablı qələbə qazanıb.
Bu nəticə ilə Nigeriya Afrika zonası üzrə pley-off mərhələsinin finalına yüksəlib.
Komandanın rəqibi Kamerun – Konqo Demokratik Respublikası qarşılaşmasının qalibi olacaq.
Qeyd edək ki, pley-off finalı noyabrın 16-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/osimhen-dubl-etdi-nigeriya-dch-nin-bir-addimliginda.webp