"Azərreyl" CEV Kubokunda ilk matçına çıxacaq

"Azərreyl" CEV Kubokunda ilk matçına çıxacaq

Azərbaycanın kişilərdən ibarət "Azərreyl" voleybol klubu CEV Kubokunda ilk matçına çıxacaq.

QELEBE.AZ xəbər verir ki, Bakı təmsilçisi 1/32 finalda Niderlandın "Orion Stars" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək.