AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin ilk doqquz ayı ərzində idmançılardan ümumilikdə 649 dopinq nümunəsi götürüb.
Apasport.az xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimində bildirib.
O qeyd edib ki, götürülən nümunələrin 282-si yarış zamanı, 367-si isə yarışdan kənar testlər olub.
Bundan əlavə, hazırda 68 idmançı Qeydiyyata Alınmış Test Qrupunun (QTQ) nəzarətindədir.

https://qelebe.az//uploads/photo/amada-2025-ci-ilin-ilk-doqquz-ayinda-649-dopinq-testi-kechirib.webp