İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib

İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.

QELEBE.AZ saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bu gün qadınlardan ibarət Azərbaycan millisi C qrupunun ikinci oyununda Pakistan seçməsi ilə qarşılaşıb.

Milli komandamız rəqibini 8:3 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb. Bu nəticə ilə yığmamız qrupda liderliyi ələ keçirib və 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, millimiz daha əvvəl Uqanda üzərində 8:2 hesablı qələbə qazanmışdı.