Yunus Akgün əməliyyat olunacaq

Yunus Akgün əməliyyat olunacaq

“Qalatasaray”ın futbolçusu Yunus Akgün əməliyyat olunacaq.

QELEBE.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yarımmüdafiəçinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Yunus bu mövsüm Super Liqada 10 oyunda 2 qol vurub.