Karate üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
2026-cı ildə karate üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov deyib.
O, 2027-ci ildə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının da Azərbaycanda keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb:
"Avropa Karlar İdman Təşkilatının tədbirləri çərçivəsində 2026-cı ilin sentyabrında Azərbaycanda karate üzrə Avropa çempionatının keçirilməsi planlaşdırılıb".

https://qelebe.az//uploads/photo/karate-uzre-avropa-chempionati-azerbaycanda-kechirilecek.webp