Ançelotti Neymarı milliyə çağırmayıb
Braziliya millisinin məşqçilər heyəti bu ayın ortalarında keçirəcəkləri iki yoxlama oyunu üçün əsas heyəti dəqiqləşdirib.
QELEBE.AZ xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti zədəsi yenicə sağalan “Santos”un hücumçusu Neymarı heyətə çağırmayıb.
33 yaşlı futbolçu bu yaxınlarda Braziliya liqasında “Fortaleza”ya qarşı oyunda (1:1) iştirak edib.
Braziliya millisi 15 noyabrda Londonda Seneqal yığmasıyla qarşılaşacaq. Komanda 18 noyabrda isə Fransanın Lill şəhərində Tunis millisiylə görüşəcək.

https://qelebe.az//uploads/photo/anchelotti-neymari-milliye-chagirmayib.webp