Libertadores kubokunda finalçılar bəlli olub

Libertadores kubokunda finalçılar bəlli olub

Futbol üzrə Libertadores kubokunun yarımfinal mərhələsinə yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, “Palmeyras” öz meydanında Ekvadorun LDU komandasını qəbul edib.

İlk görüşdə 0:3 hesabı ilə məğlub olan braziliyalılar revanş matçında geridönüş etməyi bacarıblar. Oyun “Palmeyras”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə finala vəsiqə qazanan “Palmeyras” həlledici qarşılaşmada “Flamenqo” ilə üz-üzə gələcək.