“Qarabağ” – “Çelsi” oyununa 22500 bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ" - "Çelsi" qarşılaşmasına satılan biletlərin sayı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmaya ümumilikdə 22500 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Çelsi” oyunu 21:45-də start götürəcək.

https://qelebe.az//uploads/photo/qarabag-chelsi-oyununa-22500-bilet-satilib.webp