Keyn Droqbanı geridə qoydu

Keyn Droqbanı geridə qoydu

“Bavariya” Çempionlar Liqasının III turunda “Brügge”ni məğlub edib – 4:0.

QELEBE.AZ xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Harri Keyn görüşdə bir qolla yadda qalıb. İngiltərəli futbolçu bununla da turnirdəki qollarının sayını 45ə çatdırıb.

Keyn Çempionlar Liqasının bombardirləri siyahısında 17-ci yerə yüksəlib. O, 44 qollu keçmi hücumçu Didye Droqbanı qabaqlayıb.