Bakıda Amputant futbolu üzrə Millətlər Liqasının açılışı olub

Bakıda Amputant futbolu üzrə Millətlər Liqasının açılışı olub

Bu gün Bakıda amputant futbolu üzrə Millətlər Liqasının “C” qrupunun oyunları start götürüb.

QELEBE.AZ xəbər verir ki, turnirin açılış mərasimi ASCO Arenada (Bayıl stadionu) keçirilib.

Tədbirdə ilk olaraq ANAMA-nın (Azərbaycan Minatəmizləmə Agentliyi) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib:“Son zamanlarda amputant futbolu dünya idman aləmində mühüm trendlərdən birinə çevrilib. Amputant futbolu vasitəsilə minadan zərər çəkmiş insanların və ümumilikdə əlilliyi olan şəxslərin həyata bağlılığını artırmaq baxımından böyük əhəmiyyət daşıyır. Son illər ərzində Azərbaycan milli komandası bir sıra uğurlara imza atıb. Məhz bunun sayəsində yığmamız Avropanın ən güclü 10 komandası arasında yer alıb. Təəssüf ki, Azərbaycan Avropada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. İşğaldan azad edilmiş torpaqlarda bir milyondan çox mina basdırılıb. 44 günlük müharibədən sonra 409 nəfər mina qurbanı olub, onlardan 71 nəfəri isə həyatını itirib. Bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək olan hər kəsə təşəkkür edir, bütün komandalarımıza uğurlar arzulayıram".

Daha sonra Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak çıxış edib: "Burada keçirilən oyunlar yalnız 5 komanda arasında olan qarşılaşmalar deyil, daha böyük bir hərəkatın tərkib hissəsidir. Amputant futbolu üzrə Millətlər Liqası ümumilikdə 18 komandanın iştirakı ilə 4 ölkədə təşkil olunur. Turnirin ilk mərhələsi Türkiyədə keçirilib, daha sonra yarış İspaniyada davam edib. Hazırda tədbir Azərbaycanda reallaşır və tezliklə Rumıniyada davam edəcək. Amputant futbolu sürətlə inkişaf edir və biz bu idman növünün bir parçası olduğumuz üçün qürur duyuruq".

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Xatırladaq ki, üç gün davam edəcək yarışda 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud mina probleminin beynəlxalq ictimaiyyətə çatdırılması və minadan zərərçəkən şəxslərin idman vasitəsilə bir araya gəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Futbol
DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

Futbol
İnfantino: Mundialda komanda sayı artırılacaq

İnfantino: Mundialda komanda sayı artırılacaq

Futbol
"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

"Araz-Naxçıvan" Serbiya klubuna uduzaraq qrupda qalıb

Futbol
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
"Kəpəz"in baş məşqçisi istefa şüarları altında müsahibə verib

"Kəpəz"in baş məşqçisi istefa şüarları altında müsahibə verib

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
Neymar PSJ-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib

Neymar PSJ-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib